AZ EN RU

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi boyunca istehsal sahələri yaratmağı planlaşdırırıq və sadəcə tranzit ölkə olmaq istəmirik

Biz Zəngəzur dəhlizi boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə tranzit ölkə olmaq istəmirik.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

“Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Nəşr edilib : 24.07.2023 16:02