AZ EN RU

Azərbaycan Prezidenti: Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabe olması yolverilməzdir

Əfsuslar olsun ki, bu günə kimi Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

“Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”, - deyə dövlətimizin başçısı bildirib.

Nəşr edilib : 02.08.2023 10:23