AZ EN RU

Azərbaycan Prezidenti: Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük

Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və demişdim ki, torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu.

Bu sözləri Prezident İlham Əliyev “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı söyləyib.

Əlli yaşını Ağcabədidə, 60 yaşını Şuşada, Cıdır düzündə qeyd etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”.

Nəşr edilib : 26.08.2023 16:13