AZ EN RU

Azərbaycan Prezidenti: İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, yəni, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

Buna görə Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndirildiyini diqqətə çatdıran dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirib çıxarılır".

Nəşr edilib : 13.06.2023 15:32