AZ EN RU

Azərbaycan Prezidenti: Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı

Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.

Bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.

Nəşr edilib : 26.02.2024 17:32