AZ EN RU

Azərbaycan Prezidenti: Biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırıq

Biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırıq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı söyləyib.

“Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin”, - deyə dövlətimizin başçısı əlavə edib.

Nəşr edilib : 19.02.2023 00:55