AZ EN RU

Azərbaycan Ordusunun zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib

2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.

Toplantının keçirilməsində əsas məqsəd zirehli tank xidməti rəislərinin bilik və bacarıqlarının daha da artırılmasıdır.

Nəşr edilib : 25.06.2023 12:27