AZ EN RU

Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində mövqeləri atəşə tutulub

İyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Nəşr edilib : 11.06.2023 14:22