AZ EN RU

Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Nəşr edilib : 17.06.2023 12:55