AZ EN RU

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz tərəfindən həmin istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Nəşr edilib : 12.08.2023 18:25