AZ EN RU

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Nəşr edilib : 07.12.2022 15:42