AZ EN RU

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

Cari ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunda təlim-tədris prosesi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə keçiriləcək.

Nəşr edilib : 31.01.2022 15:33