AZ EN RU

Azərbaycan millisi bu gün Monqolustanla qarşılaşacaq

Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk matçlar baş tutacaq.
Azərbaycan millisi doğma meydanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, digər oyunda isə Bolqarıstan və Tanzaniya yığmaları qarşılaşacaqlar. Görüş Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”sında baş tutacaq və saat 17:00-da başlayacaq.

Nəşr edilib : 22.03.2024 10:52