AZ EN RU

Azərbaycan millisi Avropa çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ikinci qələbəsini qazanıb.

 Evren Alkayanın baş məşqçisi olduğu yığma Gürcüstan komandasını üstələyib.

Cəbəllütariqdə baş tutan qarşılaşma millimizin 97:40 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk oyunda Ermənistan millisini 86:59 hesabı ilə məğlub edən U-16 növbəti görüşünü iyulun 11-də Kiprə qarşı keçirəcək.

Nəşr edilib : 10.07.2024 14:33