AZ EN RU

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir

Qəbul üçün aşağıdakı sənədlər
 təqdim olunmalıdır:
    -Müəssisə rəhbərinin adına ərizə;
    -Kadrların şəxsi-qeydiyyat vərəqi;
    -Tərcümeyi-hal;
    -2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
    -İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
    -İş yerindən xasiyyətnamə;
    -Çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;
    -Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
    -Şəxsiyyəti təsdiq edən sənədin surəti;
    -Xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
    Sənədlər 10 aprel – 10 may 2023-cü il tarixlərdə hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla)  saat 0900-dan 1800-dək AMEA Naxçıvan Bölməsinin binasında, Elm və təhsil şöbəsində qəbul edilir. 

Ünvan: Heydər Əliyev pr. 76
Əlaqə telefonu: 545-34-96
e-mail: doktorant.nb@mail.ru

Nəşr edilib : 11.04.2023 15:33