Qəbul üçün aşağıdakı sənədlər
təqdim olunmalıdır
– müəssisə rəhbərinin adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– iş yerindən xasiyyətnamə;
– çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
– xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 6 aprel- 6 may 2022-ci il tarixlərdə hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 900-dan 1800-dək AMEA Naxçıvan Bölməsinin əsas binasında, Elm və təhsil şöbəsində qəbul edilir.
Ünvan: Heydər Əliyev pr. 76
Əlaqə telefonu: 545-34-96
e-mail: doktorant.nb@mail.ru