AZ EN RU

Azərbaycan Mərkəzi Bankında rəqəmsal ödəniş həllərində yeni oyunçuların rolu müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsində yeni bazar oyunçularının rolunun möhkəmləndirilməsi müzakirə edilib.
Bununla bağlı Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
F. Osmanov fintex ekosisteminin inkişaf tendensiyalarından bəhs edərkən ödəniş xidmətlərinə əlçatanlığın artırılmasında, eləcə də rəqəmsal ödəniş həllərinin tətbiqinin genişləndirilməsində yeni bazar oyunçularının rolunun möhkəmləndirilməsi barədə əsas məqamlara toxunub.
Görüşdə həmçinin AMB-nin xüsusi tənzimləmə rejimi və onun imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 20.05.2024 22:53