AZ EN RU

Azərbaycan lideri Berlində Almaniya Kansleri ilə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində görüşəcək.

Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Hebenstreit jurnalistlərə açıqlamasında bildirib.

"İkitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji məsələləri müzakirə olunacaq", - o qeyd edib.

Nəşr edilib : 19.04.2024 16:49