AZ EN RU

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” darmadağınla növbəti mərhələdə

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Bu raundda “İrəvan” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib. Görüş muxtar respublika təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda ilk qolu meydan sahiblərinin heyətində 16-cı dəqiqədə Vüsal Qənbərov vurub. Lakin 9 dəqiqə sonra Azər Bağırovun yetirmələri tablodakı rəqəmləri dəyişdirib. Belə ki, 24-də Aksel Nqando, 25-də isə Orxan Əliyev fərqlənib. Nazim Süleymanovun komandası 37-ci dəqiqədə hesabı bərabərləşdirsə də, bu sevinc uzun çəkməyib. Qonaqların heyətində Aksel Nqando 43 və 45+4-cü dəqiqələrdə het-trikini rəsmiləşdirib. Fransalı yarımmüdafiəçi üçüncü qoluna penaltidən imza atıb. Fasiləyə iki top üstünlüklə yollanan naxçıvanlılar ikinci hissədə rəqibin qapısından daha dörd top keçirib. Orxan Əliyev 51-ci dəqiqədə dubla imza atıb. Komandanın əsas simalarından olan Miço Kuzmanoviç 73-də növbəti dəfə rəqibi məyus edib. Görüşdə son nöqtəni 80,83-cü dəqiqələrdə vurduğu qollarla Elvis Maşike qoyub.

Qeyd edək ki, “Araz-Naxçıvan” ¼ finalda bu gün keçiriləcək “Qəbələ” – “İmişli” cütünün qalibi ilə qarşılaşacaq. Görüş 16:00-da başlayacaq.

Nəşr edilib : 19.12.2023 16:01