AZ EN RU

Azərbaycan kosmik bilik məhsullarının istehsalına başlayıb

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) intellektual məhsulunu - radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreynin “Telekommunikasiya üzrə Tənzimləmə Qurumu”na təqdim edib.

Paytaxt Manamada keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Nəşr edilib : 30.01.2024 13:53