AZ EN RU

Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (İMB) arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Tacikistana işgüzar səfər çərçivəsində İMB-nin sədri Tomas Cordan ilə ikitərəfli görüşümüz oldu. Görüşdə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri ilə bağlı müzakirələr apardıq. T.Cordana qurumlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və Seçki Qrupu ölkələri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqinə verdiyi mühüm töhfəyə görə təşəkkürümüzü bildirdik. İMB-də sədrlik fəaliyyətini başa çatdıran cənab Cordana yeni fəaliyyətində uğurlar arzu etdik", - deyə o qeyd edib.

Nəşr edilib : 02.07.2024 12:02