AZ EN RU

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin artırılması prioritet məsələ olaraq qalır.

Bu fikir Moldovanın Baş nazirinin müavini Vladimir Bolea ilə Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə səsləndirilib.

Rəsmilər dövlətlər arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edərək, kənd təsərrüfatı sahəsində əməkdaşlığın intensivləşdirilməsinə birgə sadiq olduqlarını vurğulayıblar.

Azərbaycandan gübrə idxalı və Moldova Respublikasından taxıl ixracı da daxil olmaqla, ticarətin genişləndirilməsi imkanlarının müəyyənləşdirilməsinə də diqqət yetirilib.

Nəşr edilib : 11.04.2024 23:49