AZ EN RU

Azərbaycan IFC ilə nəqliyyat və rəqəmsal inkişaf sahəsində əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası üzrə vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşüb.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.

“Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası üzrə vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşdük. Ölkəmizdə nəqliyyat və rəqəmsal inkişaf sahələrində həyata keçirilən layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir bildirib.

Nəşr edilib : 18.12.2023 17:40