AZ EN RU

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə hündürlükdən tullanma və sızma manevrlərini icra ediblər

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Anadolu Ankası - 2024" beynəlxalq təlimlərində konvoyun mühafizəsi, şəxsi heyətin xilas edilməsi, hündürlükdən tullanma və sızma manevrlərini icra ediblər.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, təlimlərdə helikopter və təyyarələrdən də istifadə olunub.

Bundan başqa, təlimlərdə F-16 qırıcı təyyarələri tətbiq edilib, qırıcılarla şərti hədəflər vurulub.

Qeyd edək ki, Azərbaycanla yanaşı, Türkiyə, Qətər, Polşa, Sloveniya, Rumıniya, Səudiyyə Ərəbistanın da iştirak etdiyi təlimlər mayın 17-də başa çatacaq.

Nəşr edilib : 16.05.2024 17:59