AZ EN RU

Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu rəhbərləri BTQ-nin başa çatdırılmasını müzakirə edəcəklər

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İdarə Heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.
 Səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işləri ilə tanış olmaqdır.
Həmçinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan və Türkiyənin dəmir yolu idarələrinin rəhbərləri ilə görüşəcək. Görüşdə BTQ layihəsinin tam başa çatdırılması, yükdaşımaların həcminin artırılması və s. məsələlər diqqət mərkəzində olacaq.

Nəşr edilib : 02.03.2024 15:24