AZ EN RU

“Azərbaycan gəncliyi: dünən və bu gün” mövzusunda tədbir keçirilib

Babək Rayon Mədəniyyət Sarayında 2 fevral Gənclər Günü münasibətilə “Azərbaycan gəncliyi: dünən və bu gün” mövzusunda tədbir keçirilib. Tədbirə Babək Rayonundan olan aktiv gənclər dəvət olunub. Tədbirin rəsmi hissəsində çıxışlar olub, gənclər gününün mahiyyəti barədə məlumatlar verilib. Çıxış edənlər Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və “Vətəni tanı” intellektual oyununda qalib olanları təltif ediblər.
 Daha sonra tədbirin bədii hissəsi olub, mahnı və musiqi nömrələri gənclərin zövqünü oxşayıb.
 Tədbirdə Babək Rayon Mədəniyyət Sarayının KVN kamandasının çıxışları gənclərdə xoş ovqat yaradıb, onların çıxışları alqışla qarşılanıb.

Nəşr edilib : 02.02.2024 19:39