AZ EN RU

Azərbaycan Ermənistanla sərhədin delimitasiyası və təhlükəsizliyi komissiyasının reqlamentini təsdiqləyib

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti”ni təsdiqləyib.

Baş nazirin imzaladığı sənədlə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nəşr edilib : 14.12.2023 14:27