AZ EN RU

“Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisində olub

Görüş zamanı baş redaktor bildirib ki, jurnalın növbəti nömrəsi Naxçıvan Muxtar Respublikasının yaranmasının yüzillik yubileyinə həsr ediləcək. Eldar İsmayılov onu da qeyd edib ki, Türk dünyasına qapı olacaq Naxçıvan Vətən  müharibəsindən sonra Zəngəzur dəhlizi vasitəsilə türk dövlətlərini bir-birinə birləşdirən körpüyə çevriləcək. Bütün bunlar isə Vətən savaşında canından və qanından keçən oğullar sayəsində olacaq. Zəfəri qazanıb xalqımıza ərməğan edən oğullar təkcə Azərbaycan yox, bütöv Türk dünyasının fəxridir.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov qonağı ofisdə yaradılan şəhidlər guşəsi ilə tanış etdi. Bildirdi ki, dövlət dəstəyi ilə ofisdə hər cür şərait yaradılıb. “Naxçıvan Qaziləri” İctimai Birliyi qazilərin çətinliklərinin  dövlət qurumlarına çatdırılmasına köməklik göstərir. 

Qeyd edək ki, Naxçıvanın yüzillik yubileyinə həsr ediləcək jurnalda Naxçıvan qaziləri haqqında məqalə də yer alacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 24.05.2024 16:17