AZ EN RU

“Azərbaycan dünyası” beynəlxalq jurnalın növbəti sayı muxtar respublikanın 100 illiyinə həsr olunacaq

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar  “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov Naxçıvana gəlib. Baş redaktor jurnalın növbəti nömrəsinin nəşri üçün muxtar respublikanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri barədə məlumatlar, fotolar toplayır. 
 Eldar İsmayılov Naxçıvan Muxtar Respublikasının tarixi inkişaf yolunun güzgüsünə çevrilən 103 yaşlı “Şərq qapısı” qəzetində də olub, qəzetin baş redaktoru Sara Əzimova qonağa Naxçıvan təbiətini əks etdirən foto hədiyyə edib.
Qeyd edək ki, “Azərbaycan dünyası” beynəlxalq jurnalın növbəti sayı Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunacaq.

Nail Əsgərov

Nəşr edilib : 24.05.2024 13:28