AZ EN RU

Azərbaycan davamlı sülhə nail olacaq

Vətən müharibəsi qazisi Mirkənan Kərimov: "Sülhə nail olub Qərbi Azərbaycana qayıdacağıq.
Vətən savaşında düşmənin belini elə sındırdıq ki, çətin bir də düzələ. Ordumuz öz gücünü dünyaya və düşmənə cəmi 44 gündə sübut etdi. Müzəffər Sərkərdənin komandanlığı altında düşməni diz çökdürüb sülhə məcbur etdi Ordumuz. Bu gün artıq Qafqazda hər kəs Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Və biz əminik ki,Qarabağa qayıdan insanlar əbədi olaraq öz yurdlarında yaşayacaqlar. Azərbaycan davamlı sülhə nail olub Qərbi Azərbaycana da dönəcək".

Nəşr edilib : 22.06.2024 09:56