AZ EN RU

Azərbaycan cüdoçuları beynəlxalq Türingiya Kubokunda iştirak edəcəklər

Ölkəmiz martın 23-24-də Almaniyada keçiriləcək yarışda yeniyetmə və gənc qızlardan ibarət altı çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.

Yığma üzvlərindən Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərov, Nərmin Məmmədli (hər ikisi 44 kiloqram), Nuranə Hacızadə, Diana Eldarova, Könül Eyvazlı, Nərmin Xəlilzadə (hamısı 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun Məmmədova, Aliyə Rüstəmova, Səmayə Yusifli (hamısı 52 kiloqram), Aytən Verdiyeva, Nilgül Rzayev (hər ikisi 57 kiloqram), Mələk Bayramlı, Fidan Cəlilli (hər ikisi 63 kiloqram) tatamiyə çıxacaqlar.

Nəşr edilib : 23.03.2024 11:19