AZ EN RU

Azərbaycan boksçusu Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat turnirinə start verilib.

Yarışın ilk günündə Azərbaycan millisinin heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.

57 kiloqram çəkidə qüvvəsini sınayan boksçu 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Ş. Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan milli komandası yarışda 9 boksçu ilə təmsil olunur.

Nəşr edilib : 24.05.2024 10:52