AZ EN RU

Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin icrasını müzakirə edib

Azərbaycan Avstriya ilə birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və bu ölkənin "Grabher Group GmbH" şirkətinin təsisçisi və baş icraçı direktoru Qünter Qraber ilə görüşdə ölkəmizin inklüziv biznes mühiti, potensial əməkdaşlıq sahələri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Nəşr edilib : 18.04.2024 17:22