AZ EN RU

Azərbaycan AİİB ilə ikitərəfli əməkdaşlığın aspektlərini nəzərdən keçirib

Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri nəzərdən keçirilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"AİİB-in vitse-prezidenti Lyudqer Şuknextlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini - Bankın son dövrlərdə həyata keçirdiyi strategiyaları və nəzərdə tutulan tədbirləri, Azərbaycanda fəaliyyət istiqamətlərini, COP29 sahəsində birgə iş və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.

Nəşr edilib : 07.06.2024 18:16