AZ EN RU

Azərbaycan 8-ci Çin-Avrasiya sərgisində təmsil olunur

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 8-ci Çin-Avrasiya sərgisi keçirilir.

 Ölkəmizin Çindəki səfirliyi və Ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə sərgidə "Made in Azerbaijan" vahid ölkə pavilyonu qurulub. Pavilyonda 6 şirkətin 40-a yaxın məhsulu nümayiş olunur. Bu məhsullar əsasən Çində artıq satışda olan qida və içki məhsullarıdır. Pavilyonu ziyarət edənlər Azərbaycanın investisiya mühiti və nəqliyyat-tranzit potensialına dair məlumatlar da tanış ola bilirlər. Xüsusi guşədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investorlara təklif olunan imtiyazlar, vergi güzəştləri haqqında ətraflı məlumat yer alıb.

Qeyd edək ki, 2011-ci ildən keçirilən Çin-Avrasiya sərgisində 50-ə yaxın ölkə nümayəndə heyəti ilə iştirak edir. Sərgidə 20-dən çox ölkə vahid ölkə stendi ilə təmsil olunur. İyunun 26-da başlayan və 5 gün davam edəcək sərgidə yerli şirkətlərlə Azərbaycan məhsullarının idxalına dair danışlqlar aparılacaq.

Nəşr edilib : 27.06.2024 14:57