AZ EN RU

Azərbaycan "2023-cü ilin Mədəniyyət Destinasiyası" mükafatına layiq görülüb

Çin Xalq Respublikasının "Voyage" jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqe və nüfuzu xüsusi qeyd olunub. #VoyageAwards年度大奖" həştaqı ilə həyata keçirilən təbliğat kampaniyası müddətində Azərbaycan cəlbedici destinasiya olaraq, ümumilikdə, 10,95 milyon insana nümayiş etdirilib.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Voyage" jurnalı tərəfindən “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.

Nəşr edilib : 12.02.2024 14:24