AZ EN RU

Azər Əhədov: Azərbaycanda dövlət qurumlarına kiberhücumların sayı artıb

Azərbaycanda dövlət qurumlarına, özəl şirkətlərə və hətta ayrı-ayrı şəxslərə kiberhücumların sayı artıb.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisi Azər Əhədov Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdə, dövlətdən biznesə və vətəndaş cəmiyyətinə etibarlı və təhlükəsiz rəqəmsal ekosistem yaratmaq üçün qüvvələr birləşdirilməlidir.

"Texnologiyanın sürətli inkişafı dövründə kibertəhlükələr getdikcə daha mürəkkəb və geniş vüsət alır. Onlar haqqında dövlət qurumlarının, media subyektlərinin nümayəndələrinin və ictimaiyyətin məlumatlılığının artırılması eyni dərəcədə önəmlidir. Hər birimiz rəqəmsal dünyada hansı risklərin mövcud olduğunu, özümüzü və məlumatlarımızı necə qoruya biləcəyimizi başa düşməliyik. İlk növbədə dövlət qurumlarının kibersavadlılığının artırılması uğurlu hücumların sayını əhəmiyyətli dərəcədə azaltmağa və ümumi təhlükəsizliyi gücləndirməyə kömək edəcək",- deyə o qeyd edib.

Nəşr edilib : 06.06.2024 10:47