AZ EN RU

AZAL-ın Bakı-İstanbul təyyarəsi Ankarada təcili eniş edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

"Şərq qapısı" AZAL-a istinadən xəbər verir. Məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Nəşr edilib : 28.02.2024 11:43