AZ EN RU

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan mina və hərbi sursat barədə məlumat verilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, yanvarın 29-dan fevralın 4-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 150 partlamamış hərbi sursat aşkarlanıb.

Bildirilib ki, 336,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Nəşr edilib : 05.02.2024 18:45