AZ EN RU

Azad edilmiş ərazilərdə ilk dəfə QHT forumu keçirilir

İyunun 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan Konqres Mərkəzində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb.

200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak etdiyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.

Azad edilmiş ərazilərdə ilk dəfə keçirilən QHT forumu iki gün davam edəcək.

Nəşr edilib : 24.06.2024 12:35