AZ EN RU

Aysu Abbasovadan qızıl dubl

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə yay birinciliyi keçirilib. Muxtar respublikamız yarışda Naxçıvan Atletika Federasiyasından 1 məşqçi və 7 idmançı ilə təmsil olunub. Atletlərimiz birincilikdə uğurla çıxış edərək 2-si qızıl, 3-ü gümüş olmaqla, ümumilikdə 5 medal qazanıblar. 

İdmançılarımızdan ən yaxşı nəticə Aysu Abbasovaya məxsus olub. Sədərəkli atlet həm 1500, həm də 3000 metr məsafəyə qaçış yarışlarında rəqiblərini qabaqlayaraq qızıl medallara yiyələnib. Digər təmsilçimiz Sevinc Əliyeva həmin məsafələrdə ikinci olub. Nüvəitələmə yarışında iştirak edən Ulduz Ələkbərova da gümüş medalçı olub.  

Qeyd edək ki, Naxçıvan atletləri iyun ayında reallaşan atletika üzrə böyüklər arasında Azərbaycan çempionatı və sözügedən ölkə birinciliyindən ümumilikdə 2 qızıl, 6 gümüş və 1 bürünc medal əldə ediblər. 

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 23.06.2023 17:43