AZ EN RU

Aysu Abbasovadan daha bir uğur

    Bakı şəhərində 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşan yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqandan 150-yə yaxın oğlan və qız atlet mübarizə aparıb.
    Naxçıvan Atletika Federasiyasının yarışa qatılan 3 idmançısından yalnız biri – Aysu Abbasova mükafatçılar sırasına düşə bilib. Atletimiz 1500 metr məsafədə birinci, 800 metr məsafədə isə üçüncü olub. Nəticədə, Naxçıvan təmsilçisi bir qızıl və bir bürünc medal əldə edib.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 01.06.2023 21:56