AZ EN RU

Aygün Attar: Ulu Öndərin Azərbaycan qadınına verdiyi dəyər bu gün də qorunub saxlanılır

Qadın ana, ilk müəllimdir. Dünya siyasətçilərini, mütəfəkkirlərini, alimlərini məhz ana dünyaya gətirir və ilk müəllimi rolunu oynayır.

Bu sözləri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində keçirilən “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış” mövzusunda panel müzakirələrdə deyib.

Müstəqil, tam suveren Azərbaycan torpağının övladı olduğu üçün fəxr etdiyini deyən A.Attar Ulu Öndərin Azərbaycan qadınına verdiyi dəyərin bu gün də qorunub saxlanıldığını vurğulayıb. “Ümummilli Lider Heydər Əliyev yaşından, çalışdığı sahədən asılı olmayaraq, qadına diqqətlə yanaşır, dəstəyini əsirgəmirdi. Bu ənənə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də diqqətdə saxlanılır”, - deyə professor qeyd edib.

Azərbaycan qadınları, əsasən də şəhid anaları ilə fəxr etdiyini vurğulayan Aygün Attar sağlam ailənin cəmiyyətə də sağlam övladlar verdiyini deyib.

Nəşr edilib : 19.10.2023 14:12