AZ EN RU

Aygün Attar “Türk Dünyası” mükafatına layiq görülüb

İstanbulda 6-cı Qadın Sahibkarlara Dəstək Sammiti və mükafatlanma mərasimi keçirilib.

Bu il "Güclü qadınlar, güclü sabahlar" mövzusunda keçirilən mərasimdə müxtəlif sahələrdə uğur əldə edən qadınlara mükafatlar təqdim edilib.

Bu çərçivədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar “Türk Dünyası” mükafatına layiq görülüb.

Münsiflər heyəti Aygün Attarın “Bir millət, iki dövlət” siyasəti çərçivəsində son dövrdə önə çıxan fikirləri və bu istiqamətdə atdığı mühüm addımlara görə bu mükafata layiq görüldüyünü ifadə edib.

Tədbir Yeni Arayışlar Təşəbbüsü Platformu Dərnəyi (YAPDER) tərəfindən təşkil olunub.

Nəşr edilib : 09.01.2024 17:58