AZ EN RU

Avtomobil yolunda hərəkət bərpa edilib

Ordubad rayonununda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub. 
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Nəşr edilib : 20.03.2024 16:31