AZ EN RU

Avropa Şurası Konqresinin sessiyasında erməni təxribatının qarşısı alınıb

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci Sessiyası başa çatdı. Strasburqda qurumda milli nümayəndə heyətimizin tam tərkibdə iştirak etdiyi sessiya məncə səmərəli oldu. Sessiyanın sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdəlinə baxmayaraq son anda sessiyanın gündəliyinə salınmış “Qarabağ və ətraf şəhərlər və regionlarda humanitar vəziyyətə dair Bəyanat”da “Dağlıq Qarabağ”, “etnik təmizləmə”, “emənilərin mədəni və dini irsinin qorunması” və bir neçə bu tip müddəalar sənəddən təmizləndi. AŞPA-nın son sessiyasında qəbul olunan bəyanatın adında "Dağlıq Qarabağ" ifadəsinin saxlanmasından ilhamlanan ermənilər Avropa Şurası Konqresində də bunu təkrarlamağa çalışırdılar. Düzdü bəyanat tam bizi qane etmir, mövqeyimiz odur ki, ümumiyyətlə bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxraılmamalıdır. Amma nəticə budur. Milli nümayəndə heyətimizin təkidi ilə həmçinin sessiyada zamanı qəbul olunan “Emənistanın paytaxtı, İrəvan şəhərinidə keçirilmiş yerli seçkilərdə hesabatı”ndan məsələyə dəxli olmayan müddəlar (“Dağlıq Qarabağ”, “Ruben Vardanyan- Dağlıq Qarabağın keçmiş dövlət naziri” və s.) və digər ifadələrdən təmizləndi. Müzakirələr göstərdi ki, Avropanın yerli və regional elitası da artıq yeni reallıqları qəbul edib. Başqa cür ola da bilməz,  Ali baş komandan, prezident İlham Əliyevin yaratdığı yeni reallıqları görməməzlikdən gəlmək artıq alınmayacaq.

Nəşr edilib : 27.10.2023 15:45