AZ EN RU

Avropa Kosmik Agentliyi Günəş tutulmasını simulyasiya edəcək

Avropa Kosmik Agentliyi 2 süni peykdən istifadə edərək tam Günəş tutulmasını simulyasiya edəcək.
Peyklər bir-birinin üzərinə kölgə salacaq şəkildə yerləşdiriləcək. Süni tutulma sayəsində Günəş tacını rahatlıqla müşahidə etmək mümkün olacaq.
Günəşin şüalanması güclü olduğundan onun tacını yalnız tutulma zamanı müşahidə etmək mümkündür. Bu da qısamüddətli olur. Süni tutulma samanı isə astrofiziklərin 7 saatadək müşahidə aparmaq imkanı olacaq.

Nəşr edilib : 04.04.2024 08:33