AZ EN RU

AVRO-2024: Yarımfinal cütləri müəyyənləşib

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında keçirilən son görüşlərdən sonra yarımfinal cütləri müəyyənləşib.
 1/4 finalda Almaniya yığmasını məğlub edən İspaniya, Portuqaliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Fransa ilə üz-üzə gələcək.
Digər yarımfinal qarşılşamasında isə Niderland İngiltərə ilə münasibətlərə aydınlıq gətirəcək. İngiltərə 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edib (5:3). Niderland isə Türkiyə yığmasından üstün olub - 2:1.
Avropa çempionatı
Yarımfinal cütləri
İspaniya - Fransa
Niderland - İngiltərə
Qeyd edək ki, yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.

Nəşr edilib : 07.07.2024 10:04