AZ EN RU

Avro-2024: Niderland millisi Türkiyəyə qalib gələrək yarımfinala yüksəlib

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.

Görüş Niderland yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderland millisinin qollarını Stefan De Vray və Kodi Qakpo vurublar. Türkiyənin yeganə qoluna isə Samət Akaydın imza atıb.

Bununla da Niderland yarımfinala vəsiqə qazanıb və İngiltərə seçməsinə rəqib olub.

Nəşr edilib : 07.07.2024 01:02