AZ EN RU

Avqustun 11-i Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin qəbul günü keçirilib

    Avqustun 11-i Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin qəbul günü olub. Şuranın sədri qəbula yazılan vətəndaşlarla ayrı-ayrılıqda söhbət edib, onların sanatoriya yollayışı, maddi yardım, sovqat yardımı, əmək, sosial-iqtisadi mənafelərinin müdafiəsinə dair şikayətləri ilə bağlı məsələləri dinləyib. Şəhid ailə üzvləri və qazilər növbədənkənar qəbul edilib. 
    Qəbula yazılan 27 nəfərdən 2-si şəhid ailəsi üzvü, 1-i qazi olmaqla, 24 nəfər aztəminatlı ailə üzvlərinin şikayətləri dinlənilib. Şuranın sədri Qəzənfər Abdullayevin tapşırığına əsasən bəzi məsələlər yerindəcə həll olunub, bir çox məsələlərin həlli üçün isə lazımi tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar dövlətimizə minnətdarlıq ediblər.

Nəşr edilib : 11.08.2023 19:57